Texnologiyanın inkişafı ilə dəyişən yeni dünya nizamı, fərqli iş modelləri və əsnək iş şərtlərini özü ilə gətirdi. 15 il əvvəl Amerikalı sahibkarın öz ehtiyaclarından yola çıxaraq yaratdığı paylaşılan ofis konsepsiyası bir çox ölkələrdə diqqəti cəlb etməyə davam edir. Kovörkinq mərkəzləri sizin müəyyən etdiyiniz gün və saatlarda azad olaraq çalışmağınız üçün ehtiyacınıza uyğun olan fiziki ofis və xidmətlərin icarəsi yolu ilə işləyir. Evdən işləmək (home office) modelinin daha peşəkar forması olaraq qəbul edilən kövörkinq mərkəzləri istifadəçilərə biznes və sosial əlaqələri inkişaf etdirmək üçün də fürsətlər verir.
İşinizə Fokuslanmağın Ən Rahat Halı
Ölkəmizdə bir neçə il əvvəl başlayan kovörkinq konsepsiyası, təklif etdiyi xidmətlər sayəsində böyük şirkətlərin diqqətini çəkir. Şəhərlərin mərkəzi nöqtələrində açılan paylaşılan ofislər rahat və səmərəli iş mühiti yaradaraq bir çox sektorun həvəskar və peşəkarlarını bir araya gətirir. The Office də Bakı şəhərində fəaliyyət göstərən, müasir və tam təchizatlı kovörkinq mərkəzlərindən biridir.
Ayın bəzi günlərində təşkil edilən ictimai tədbirlər yeni həmkarlarınızla tanış olmaq və fikir mübadiləsi aparmağınızı asanlaşdırır. Fiziki ofisə ehtiyacı olmayanlar isə virtual ofis xidmətindən yararlana bilər. Bu xidmətə hüquqi ünvan qeydiyyatı, zənglərin cavablandırılması və poçtların idarə edilməsi daxildir.
Təşəbbüslərinizi Həyata Keçirə Biləcəyiniz Bir Mühit
Yeni bir iş fikriniz var, lakin sərmayəniz, əlaqələriniz və ofisiniz yoxdur? Elə isə kovörkinq mərkəzlərinə gedərək peşəkar bir başlanğıc edə bilərsiniz. Beləliklə xərclərinizə qənaət edərək iş görüşmələrinizi korporativ mühitdə keçirə bilərsiniz. Son zamanlarda şirkətlər halına gələn və böyük inkişafa imza atmış bir çox startapların kovörkinq mərkəzlərindən başladıqlarını görməzdən gəlməməlisiniz. Saatlıq, günlük və aylıq istifadə edə biləcəyiniz kovörkinq mərkəzlərində sərbəst masa, sabit masa və şəxsi ofis xidmətlərindən yararlana bilərsiniz.
Peşəkarların Ortaq Nöqtədə Birləşdiyi Ofislər
Sahibkarlardan başqa sərbəst işləyən və layihədə ortaq çalışan peşəkarlar da kovörkinq mərkəzlərini tərcih edirlər. Bu siyahının başında İKT mütəxəssisləri, memarlar, mühəndislər, reklamçılar, dizaynerlər, tərcüməçilər və mühasiblər gəlir. Ortaya çıxan möhtəşəm enerji, həm sizin öz sahənizdən, həm də fərqli sahələrdən bir çox peşəkar ilə görüşərək ortaq iş fikirləri ortaya çıxarmağınızı da asanlaşdırır. Siz də kovörkinq mərkəzlərini tərcih edərək fiziki bir ofisdən daha çoxuna sahib ola bilərsiniz.