Phone Number:

+994 12 525 50 01

Address:

Bashir Safaroghlu 215, Baku, Azerbaijan.

Blog

Frilanserlərin Tərcihi: Kovörkinq Mərkəzləri

İlk baxışdan frilanserlər (sərbəst işləyənlər) iş sahəsində karyeraları, gözalıcı işləri, sərbəst qrafikləri və iş hədəfləri ilə insanları təəccübləndirə bilər. Ev şəraitində şəxsi iş qrafikində işləmək bir çoxları üçün xəyal kimi görünsə də, bu tipli sistemlər mövcüddur və işlərinizi rəsmi iş ofislərində yox, rahat bir şəkildə evinizdə görə bilərsiniz. Ev şəraitində işləmək daha rahat olmasına baxmayaraq, bəzi şeylər vardır ki, frilanserlərin gördüyü işlərdə maneə yarada bilər və ya fikrini dağıda bilər. Evdəki televizordan tutmuş paltaryuyan maşına qədər bəzi diqqət dağıdıcı səslərin hamısı insanı iş mühitindən uzaqlaşdırır və gördüyü işin keyfiyyətini azaldır. İllər boyunca, yüzlərlə frilanserlə danışıqlar aparılmış və onları ortaq bir iş sahəsinə - Kovörkinq mərkəzlərinə gətirən tək bir şey olduğunu gördük: Frilanserlər işlərində vaxtına qənaət və işlərinin daha dolğun və dəqiq yerinə yetirə bilmək üçün kovörkinq mərkəzlərinə üz tutur. Buna bir neçə səbəb gətirmək olar.

Frilanserlərin təqribən %68-i rəsmi ofislərdən fərqli olaraq, kovörkinq mərkəzlərində işlərinə daha yaxşı fokuslana bilirlər. Buradakı sərbəst iş mühiti işçiləri daha kreativ olmağa şövq edir.

Şübhəsiz ki, texnologiya günü-gündən inkişaf edir və frilanserlər kimi iş qrafiki də artır və artmaqda davam edir. Yəni müəyyən zamandan sonra insanlar öz işlərini ofisdən uzaqda kompüter vasitəsi ilə görəcək. Bunun nəticəsində kovörkinq mərkəzlərinin statistikasında heç bir zaman azalmaqdan söz gedə bilməz, hətta statistikalar göstərir ki, 2020-yə qədər kovörkinq mərkəzlərinin %40-ini frilanserlər dolduracaq. Gələcəkdə bu tipli yerlər “soft office” də adlanacaq.