Phone Number:

+994 12 525 50 01

Address:

Bashir Safaroghlu 215, Baku, Azerbaijan.

Blog

Kovörkinq Mərkəzini Tərcih Etməyiniz Üçün Səbəblər

Kiçik müəssisə, sərbəst çalışan, bir frilanser və ya startap kimi fəaliyyət göstərirsinizsə, evinizin işləmək üçün ən yaxşı variant olduğuna qərar vermiş ola bilərsiniz. Amma mövzu ilə əlaqədar xərclərinizi minimuma endirəcək həlləri araşdırmısınız?

Ofis kirayəsi və bu tipli bir neçə xərclər, bir ofisdən digərinə köçməyin çətinliyi və xərcləri minimuma endirmək üçün digər variantları araşdırmaq lazımdır.

İcarənin müddəti
Masanın və ofis icarəsinin əsas üstünlüyü istədiyiniz müddətdə icarəyə götürə bilməyinizdir. 3, 6, 12 aylıq müqavilələrlə işinizin tələb etdiyi müddətdə ofis kiralaya, lazım olduqda işçilərin sayını artıra və iş mühitini genişləndirə bilərsiniz.

Əsnəklik
Qısa müddətli icarə sizə rahatlıq bəxş edəcək. Birincisi, dərhal işlərinizi həll edə bilərsiniz. İkinci olaraq, lazım olduqda dərhal ayrıla, amma eyni zamanda da nə qədər yerə ehtiyacınız olduğunu müzakirə edə bilərsiniz. Müvəqqəti ya da qalıcı olsun, lazım olan əlavə ofis sahəsi tədarük edə bilər, ya da ehtiyacınızı qarşılayacaq başqa bir ofisə köçə bilərsiniz. Kovörkinq mərkəzlərində professional tərzdə, incə zövqlə döşənmiş ofisdə prestij və rahatlığı bir araya gətirə bilərsiniz.

Minimum xərc
Kommunal ödəmələr, su isidici qurğularının təmiri və bir neçə ofis xərclərindən dolayı şirkət sahibi olaraq narahat olmayın, çünki bunların hamısı aylıq ödəməyə daxildir. Kovörkinq mərkəzləri həqiqətən böyük problem olan binanın təhlükəsizliyinin təmin edilməsindən ortaya çıxan gözlənilməz təmir xərclərinə qədər bir çox öhdəlikləri öz üzərinə götürür.

The Office kovörkinq məkanı sizə şəxsi ofislər, ortaq məkanda sabit və sərbəst masalar, görüş otaqları, tədbir zalı, virtual ofis və digər xidmətlər təklif edir. Ən keyfiyyətli mebel və lazımlı bütün avadanlıqlarla təmin olunmuş The Office-də rezident olmaqla siz;

-Ofis mebeli,
-İnternet
-Təmizlik xidmətləri,
-Çay və kofe,
-Kommunal ödənişlər,
-Skanner və printer xərclərindən azad olacaq, mərkəzin təqdim etdiyi üstünlüklərdən yararlanmaqla bərabər şəhərin mərkəzində ofisə sahib olacaqsınız.

Prestijli bir iş ünvanında, peşəkarlar tərəfindən idarə olunan bir ofisdə işin rahatlığını yaşamaq üçün bizimlə əlaqə saxlayın.