Phone Number:

+994 12 525 50 01

Address:

Bashir Safaroghlu 215, Baku, Azerbaijan.

Blog

Xəstələnməmək Üçün Nə Etməliyik?

Soyuq qış aylarından sonra günlər getdikcə uzanmağa və havanın temperaturu istiləşməyə doğru gedir. Havanın temperaturunun dəyişməsi ilə bədənimizin immun sistemində bir sıra dəyişiklər olur ki, bu da immunitetimizin zəifləməsinə səbəb olur. Beləliklə, bir sıra xəstəliklərə asanlıqla yoluxa bilirik.

Kovörkinq məkanlarında bir neçə insanlarla əlaqədə olaraq vaxtımızın çox hissəsini onlarla keçiririk. Belə vəziyyətdə qripə yoluxmuş insanlarla məsafəni mümkün qədər qorumalıyıq. Əgər siz qripə yoluxmusunuzsa, bu vəziyyətdə ünsiyyətdə olduğunuz insanlardan mümkün qədər uzaq durmalısınız.

Ən çox xəstəliyə tutulduğumuz fəsillərdə - yaz və payız aylarında qriplə mübarizə aparmaq üçün 5 asan və praktiki yol var:

Əllərinizi tez-tez yuyun.
Əllərinizi müntəzəm olaraq sabun və ya sanitariya tipli maddələrlə yumaq xəstə olub-olmamağınızdan asılı olmayaraq, sizi bir çox zərərverici bakteriyalardan xilas edə və ya uzaqlaşdıra bilər.

Özünüzlə daim salfetka və ya dəsmal götürün.
Asqırıq və öskürəkdən sonra əlinizi dəsmal ilə təmizləmək çox vacibdir. Belə etməklə siz nəinki özünüzü, hətta ətrafınızdakı insanları belə yoluxucu bakteriyalardan qorumuş olursunuz.

Asqıran və öskürən zaman ağzınızı dəsmal ilə bağlayın.
Əgər siz qripə yoluxmusunuzsa, öskürdüyünüz zaman bacardığınız qədər ağzınızı dəsmal və ya salfetka ilə bağlayın. Çünki, siz öskürən zaman selikli qişalar sizin kompüterinizə, stolunuza, ofisin pəncərəsinə damlaya bilər ki, bu da kovörkinq məkanında olan əməkdaşlarınızın həmin bakteriyalara yoluxmasına gətirib çıxara bilər.

Ofisdəki cihazların və ləvazimatların şərikli istifadəsindən qaçının.
Əgər siz xəstəliyə yoluxmusunuzsa və bu xəstəliyin iş yoldaşlarınıza, əməkdaşlarınıza və digər kovörkerlərə keçməsini istəmirsinizsə, sizə aid olan ofis ləvazimatlarınızı, məsələn kompüterinizi bölüşməməlisiniz.

Xəstəsinizsə, bacardığınız qədər evdə qalmağa çalışın.
Əgər siz xəstəsinizsə, ev şəraitində olmağı üstün tutun. Çünki, bu sizin məhsuldarlığınızı artıracaq, həmçinin xəstəlikdən tez bir zamanda qurtulmağınıza səbəb olacaq.