Phone Number:

+994 12 525 50 01

Address:

Bashir Safaroghlu 215, Baku, Azerbaijan.

Blog

İş keyfiyyətini və məhsuldarlığını necə artırmalı?

Statistik məlumatlara əsasən, iş adamları ofisdə həftədə 40 saat işləməyinə baxmayaraq, fasilələrinə çox az zaman ayırırlar. Uğursuz tendensiya işdəki məhsuldarlığınıza mane olur, stresini artırır və əhval-ruhiyyənizlə yanaşı, biznesdəki fəaliyyətinizə də köklü surətdə mənfi təsir göstərir.

Aparılan sorğular nəticəsində, işçilərin yarısı fasilə zamanı iş masanından bir anlıq belə ayrılmağa ehtiyac duymur, hər 4 nəfərdən birinin ofisdən kənarda qısa müddətli də olsa belə, istirahət etmir və cavab verənlərin təqribi  70 faizi onların ediləsi çox işi olduğunu vurğulayaraq, istirahət etmədiyini deyirlər.

İş mühitindən uzaq xüsusi yer təyin edərək həmkarlarınız ilə ünsiyyətdə ola, mükəmməl dostluq qura bilərsiniz. Dincəlmək üçün həsr olunan “sakit məkan”ın mövcudluğu işçilərin işlərinə yenidən fokuslanmasını və enerjilərinin artmasına  kömək edir.

İstirahətimizin keyfiyyətli olması üçün nələri etməliyik?

1) Ofis mühitiniz rahat və dizaynlı olmalıdır.

İşçilər işə başlamamışdan əvvəl rahatlıq və ofisin interyeri sizin əhvalınıza təsir göstərən vacib komponentlərdən biridir. Bundan əlavə, müasir üslubda olan mebellərin, rahat oturacaqların və otağın rənglərinin insanı fərahladacaq rənglərdə olması da önəmli faktorlardır.

2) Fasilə vaxtı çalışdığınız qədər texnoloji avadanlıqlardan uzaq olun.

Dijital dünyada texnologiya kommunikasiyada bizə daha böyük imkanlar təklif edə bilər. Yalnız, vaxtın 24/7 texnologiya ilə əlaqədə olmaq iş həyatınızda məşğuliyyətinizə və məhsuldarlığınıza mənfi mənada təsir göstərə bilər. Bəzi işçilər fasilə vaxtını, yalnız, işdən uzaqlaşmaq və internetdə şəxsi sosial mediya hesablarından istifadə etmək kimi başa düşürlər. Lakin, bu ideologiya yanlışdır. Bu hal onların istirahət zamanının keyfiyyətinin və enerji yığımının aşağı düşməsinə səbəb olur. Bu halların qarşısını almaq üçün mümkün qədər texnoloji avadanlıqlardan uzaq durmaq və eyvana çıxaraq təmiz hava almaq lazımdır.

Şirkət daxilində ənənəvi olaraq istirahət zamanı mədəniyyəti yaratmaq, nəinki işçilər arasında sıx əlaqə yaradacaq, həmçinin işə olan hörmət və sevgisi ikiqat artacaq.