Salamlar! Sizlərə artıq startını qoyduğumuz ikinci daimi proyektimiz olacaq "Rotaract Söhbətləri" proyektinin qısa icmalını təqdim edirəm. Noyabr ayının 13-ü baş tutacaq ilk "Söhbətimizin" mövzusu "Art is Part of life" olacaq. Sayca ilk söhbətimizi məhşur CG Artist olan Cavid Mehdiyev ( Javid Way ) və Çərkəz Sadıq ilə olacaq. Dizayn və onun önəmi, biznesdə şriftin önəmi, stok fotoqrafiya nədir və hobbini necə pula çevirmək olar mövzularına toxunulacaq söhbət əsnasında. Söhbətimiz 19:13 də başlayacaq və 2 saat davam edəcək. Ətrafınızda dizayn ilə maraqlanan insanları eventə dəvət edin.