Əziz Toxum izləyiciləri!
Artıq ideyalarınızı reallaşdırmağın vaxtıdır. Necə? 1 Dekabr tarixində " Toxumdan Meyvəyə" adlı məlumat xarakterli görüşdə Alamo 13, Kvan və Ubuntu kitablarının müəllifi, Yeni Fikir 2016 Startup Müsabiqəsinin və Seedstars Baku Regional Müsabiqəsinin qalibi, Kvotter və GR8 kimi sosial platformaların həm-təsisçisi Coşqun Kərimov sizə həm suallarınıza cavab tapmaqda köməklik edəcək, həm də "ideyaları necə reallaşdırmalı", start-up və crowdfunding haqqında məlumat verəcək. Onu da əlavə edək ki, Coşqun bəy 4 ildir ki, beynəlxalq startup yarışmalarına qatılan təşəbbüskar komandalara təqdimatların verilməsiylə bağlı mentorluq edir.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdh6knSzR92ctI4SAk5hGPz9iNTonququ5bCAgd1lI7HJ8dZA/viewform
Əlaqə vasitələri: 0514440145
humayesmail@gmail.com