Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 3-cü Startap və İnnovasiya Festivalı çərçivəsində aşağıdakı formatda aşağıdakı tədbirlərin keçirilməsini planlaşdırır. Səhnədə təqdim olunacaq startap layihələri festivalın keçiriləcəyi tarixə qədər qəbul edilmiş və startap komissiyası tərəfindən ilkin ekspertizadan keçirilmiş yeni ideyalardan ibarətdir. Təxminən 10 ideya səhnədə auditoriyaya təqdim olunacaq və əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflərin ən çox balını qazanan ideyalar ADNSU və tərəfdaş qurumlar tərəfindən müxtəlif mükafatlara layiq görüləcəklər. Həm mükafatçı layihələr, həm də Mükafatçı yerlərə daxil ola bilməyən, lakin perspektivli ideyalar inkişaf etdirilməsi üçün ADNSU Startap və İnnovasiya Mərkəzi tərəfindən maliyyə, texniki və təşkilati dəstək alacaqlar.
Baş sponsor - Microsoft
Təşkilatı tərəfddaş - The Office