Phone Number:

+994 12 525 50 01

Address:

Bashir Safaroghlu 215, Baku, Azerbaijan.

Events

04 APR

"Sahibkarın aprel sindromu" seminarı

  • Organizer: Afandi Consultancy and The Office
  • Price: Free
  • Date: 04-Apr-2019
  • Time: 19:00-20:30

DESCRIPTION

2019-cu ildə vergi qanunvericiliyində olan dəyişikliklər mənim işimə necə təsir edəcək? 2019-cu ildə də sadələşdirilmiş vergi ödəyicisi qala biləcəyəmmi? Əlavə dəyər vergi ödəyicisi olsam məni nə gözləyir? İşçi sayı, gəlirlər və xərclərimi necə tənzimləyim? Məni hansı cərimələr gözləyir? Necə edim ki, qanunvericiliyə uyğun işləyim bununla yanaşı az vergi ödəyim? Hal-hazırda istifadə etdiyim maliyyə sisteminin effektivliyini necə yoxlayım?
Bu və digər sualların cavabını almaq istəyirsinizsə seminarımızda iştirak edin.

Seminar kim üçün nəzərdə tutulub?

* Kiçik sahibkarlar
* Orta sahibkarlar

Seminarda aşağıdaki mövzulara toxunulacaq:

1. 2019-cu ildə vergi qanunvericiliyində olan dəyişikliklər sahibkarın işinə necə təsir edəcək?
2. Sahibkar 2019-cu ildədə sadələşdirilmiş vergi ödəyicisi qala biləcəkmi?
3. Əlavə dəyər vergi ödəyicisi olsa sahibkarı nə gözləyir?
4. Sahibkar işçi sayı, gəlirləri və xərclərini necə tənzimləməlidir?
5. Sahibkarı hansı cərimələr gözləyir?
6. Sahibkar necə etsin ki, qanunvericiliyə uyğun işləsin bununla yanaşı az vergi ödəsin?
7. Hal-hazırda istifadə etdiyi maliyyə sisteminin effektivliyini sahibkar necə yoxlasın?

Təlimçi haqqında

Könül Kərimova maliyyə üzrə peşəkar mütəxəssisdir.
Son 15 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri tikinti, nəqliyyat,
istehsal və qida şirkətlərində Maliyyə və HR rəhbəri vəzifələrində çalışıb.
Könül Kərimova 2006-cı ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Mühasibat Uçotu və Audit fakültəsini müvəffəqiyyətlə bitirmişdir və son 10 il ərzində bir çox maliyyə kursları və təlimlərdə iştirak edib sertifikatlarla təltif olunmuşdur.
Hal-hazırda o, Təlimçi və Maliyyə Konsultantı kimi öz fəaliyyətini davam etdirir.

Seminarda iştirak üçün şərtlər

Seminarda iştirak etməklə siz aşağıdaki üstünlükləri əldə edirsiniz:
İştirakçı sayı məhdud olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçim prosesindən keçənlər seminarda iştirak edə biləcəklər.
Seçim turundan keçməklə siz seminarda pulsuz iştirak etmək imkanı əldə edirsiniz.
Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz.

Seminarın dili: Azərbaycan

  • Date: 04-Apr-2019
  • Time: 19:00-20:30
  • Organizer: Afandi Consultancy and The Office
  • Price: Free
  • Location: Bashir Safaroglu 215, Baku, Azerbaijan