Gözləmədiyiniz halda daha çox vergi borcu ilə üzləşir və bunun hüquqi həlli yollarını axtarırsınızsa, bu təlim Sizin üçündür. Vergi Qanunvericiliyində baş vermiş dəyişikliklərdən xəbərdar deyilsinizsə, güzəştlərdən yararlana bilmirsinizsə, əlavə vergilərin hesablanması səbəblərini və bununla bağlı problemlərin həlli yollarını axtarırsınızsa bu təlim təşkil edirik.
Təlimin məqsədi
Sahibkarları vergi və maliyyə sahəsində maarifləndirmək , onları gözləyən riskləri izah etmək və maliyyə sisteminin təşkilində köməklik etmək.
Seminar kim üçün nəzərdə tutulub?
* Mikro sahibkarlar
* Kiçik sahibkarlar
* Orta sahibkarlar
Təlimdə nəyi öyrənəcksiniz
1. Vergi ödəyicilərində vergi borclarının yaranma mənbələri
2. Ödəyici tərəfindən təqdim edilmiş bəyannamə əsasında yaranan problemlər və onların həlli yolları
3. Səyyar vergi yoxlaması zamanı yaranan problemlər və onların həlli yolları
4.Operativ vergi yoxlaması zamanı yaranan problemlər və onların həlli yolları
5. Kameral vergi yoxlaması zamanı yaranan problemlər və onların həlli yolları
6.Dövlət Sosial Müdafiə fondu ilə bağlı problemlər və onların həlli yolları
7. Vergi bəyənnamələrinin tərtibatı və göndərilməsi ilə bağlı yarana biləcək problemlər və onların həlli yolları
8. Cərimələrin yazılmaması üçün önləyici tədbirlər.
9. Necə edim ki, qanunvericiliyə uyğun işləyim bununla yanaşı az vergi ödəyim?
10. Hal-hazırda istifadə etdiyim maliyyə sisteminin effektivliyini necə yoxlayım?
11. Sosial üzrə bölüşdürülməmiş ödənişlər anlayışı nədir ?
12. Riskli vergi ödəyiciləri və kargo şirkətləri anlayışı nədir vergi organının bu məsələdə həssas yanaşmasının izahı.
Təlimçi haqqında
Könül Kərimova maliyyə üzrə peşəkar mütəxəssisdir.
Son 15 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri tikinti, metal konstruksiya,
istehsal və qida sektorunda Maliyyə və HR rəhbəri vəzifələrində çalışıb.
Könül Kərimova 2006-cı ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Mühasibat Uçotu və Audit fakültəsini müvəffəqiyyətlə bitirmişdir və son 10 il ərzində bir çox maliyyə kursları və təlimlərdə iştirak edib sertifikatlarla təltif olunmuşdur.
Hal-hazırda o, Təlimçi və Maliyyə Konsultantı kimi öz fəaliyyətini davam etdirir.
Təlimdə iştirak üçün şərtlər
Təlimdə iştirak etməklə siz aşağıdaki üstünlükləri əldə edirsiniz:
İştirakçı sayı məhdud olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçim prosesindən keçənlər təlimdə iştirak edə biləcəklər.
Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz.
Təlimin dili: Azərbaycan
İştirak üçün zəhmət olmasa qeydiyyatdan keçin : http://bit.ly/2KSAxJF